Yuxarı

​Donald Tramp: "Prezident seçilsəm, Vladimir Putinlə yaxşı münasibətlər yaradacam"

Milyarder xatırladıb ki, Putin çıxışlarından birində Trampı dahi adlandırıb

Bakı. 5 May. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp hesab edir ki, ölkə rəhbəri seçilsə, Rusiyanın dövlət başçısı ilə onun arasında yaxşı münasibətlər yaranacaq.

"Report"un məlumatına görə, siyasətçi "CNN" telekanalına bildirib ki, ən yüksək dövlət postuna seçiləcəyi təqdirdə Vladimir Putinlə münasibətə pozitiv əsasda başlayacaq.

Tramp ABŞ esminesinin və kəşfiyyatçısının Rusiya təyyarələri tərəfindən ələ keçirilməsi hadisəsini şərh edərək, bildirib ki, dövlət başçısı postunda olsaydı, "bir daha belə etməmək" xahişiylə Putinə zəng vurardı.

Daha əvvəl isə o, ABŞ-ın təyyarələrinə təhlükəli həddə yaxınlaşmış Rusiya qırıcılarını vurub salmağı təklif edirdi.

Milyarder nə vaxtsa Rusiya prezidentilə danışıb-danışmaması barədə bağlı suala cavab verməkdən imtina edib. Lakin xatırladıb ki, Putin çıxışlarından birində Trampı dahi adlandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi