Yuxarı
    Bağlamaq

    Donald Tramp Misir prezidentini ABŞ-a dəvət edib

    Bazar ertəsi Tramp və Əs-Sisi arasında telefon söhbəti olub

    Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah Əs-Sisinin Vaşinqtona səfərini gözləyir.

    "Report" xəbər verir ki, bu barədə Misir prezidentinin ofisi məlumat yayıb.

    Bazar ertəsi Tramp və Əs-Sisi arasında telefon danışığı olub.

    "ABŞ prezidenti Əs-Sisinin Vaşinqtona səfərini gözləyir və bu səfər hazırda diplomatik kanallar vasitəsi ilə hazırlanır", - deyə "Reuters" Misir tərəfinin bəyanatını sitat gətirib.

    Əs-Sisi Yaxın Şərq regionunda Trampla danışan ikinci dövlət lideri olacaq. ABŞ prezidenti bundan öncə İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətləşmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi