Donald Tramp: "Miqrasiya haqqında fərmanı ləğv edən hakim səlahiyyətlərini aşıb"

Donald Tramp: "Miqrasiya haqqında fərmanı ləğv edən hakim səlahiyyətlərini aşıb" ABŞ prezidenti hətta Ali Məhkəməyə qədər gedəcəyi halda belə fərmanın qüvvəyə minməsinə çalışacağına söz verib
Digər ölkələr
16 Mart , 2017 09:51
Donald Tramp: Miqrasiya haqqında fərmanı ləğv edən hakim səlahiyyətlərini aşıb

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ dövlət başçısı Donald Tramp Havay ştatındakı federal hakimin Birləşmiş Ştatlar prezidentinin miqrantların ölkəyə girişi ilə bağlı fərmanını ləğv etməklə səlahiyyətlərini aşdığını hesab edir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə D.Tramp Neşvilldə rallidə tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Konstitusiya qanunlarına əsasən, prezident, bunu ölkənin milli maraqlarına uyğun olduğunu hesab etdiyi halda, ölkəyə miqrant axınını müvəqqəti dayandırmaq hüququna malidkir", - prezident vurğulayıb.

ABŞ prezidenti, hətta Ali Məhkəməyə qədər gedəcəyi halda belə fərmanın qüvvəyə minməsinə çalışacağına söz verib. "Biz qalib gələcəyik", - Tramp bildirib.

Xatırladaq ki, D.Trampın məlum fərmanının qüvvəyə minməsinə bir neçə saat qalmış federal hakim Derrik Uotson onun dayandırılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi