Donald Tramp: “Milyonlarla insan ölkəni tərk edir”

Donald Tramp: “Milyonlarla insan ölkəni tərk edir” ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin gələcəyi ilə bağlı bədbin proqnoz verib.
Digər ölkələr
21 Sentyabr , 2021 11:58
Donald Tramp: “Milyonlarla insan ölkəni tərk edir”
Donald Tramp

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin gələcəyi ilə bağlı bədbin proqnoz verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın üçüncü dünya ölkəsi olacağını deyib. Buna səbəb kimi isə Meksika ilə sərhəddə davam edən miqrasiya böhranını göstərib.

“Sərhədimizdə indiyədək belə hal olmayıb. Milyonlarla insan ölkəni tərk edir”, - D.Tramp bildirib.

Xatırladaq ki, D.Tramp Cozef Baydenin and içməsindən sonra ölkənin yüksək sürətlə zəifləyəcəyini demişdi.

Son xəbərlər

Orphus sistemi