Donald Tramp Meksikanı ticarət üçün sərhədi bağlayacağı ilə hədələyib

Donald Tramp Meksikanı ticarət üçün sərhədi bağlayacağı ilə hədələyib ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Meksika ilə sərhədi ticarət üçün bağlaya bilər.
Digər ölkələr
30 Mart , 2019 00:52
Donald Tramp Meksikanı ticarət üçün sərhədi bağlayacağı ilə hədələyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Meksika ilə sərhədi ticarət üçün bağlaya bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp jurnalistlərin "Meksika ilə sərhədi ticarət üçün bağlaya bilərsinizmi?" - sualına belə cavab verib: "Bu, bütün ticarət üçün ola bilər". 

"Biz sərhədi uzun müddət bağlı saxlayacağıq", - deyə Amerika prezidenti bildirib. "Mən oyun oynamıram. Meksika bunu dayandırmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Donald Tramp bir qədər əvvəl bildirib ki, əgər Mexiko ABŞ-a qanunsuz miqrasiyanın axınına son qoymasa, gələn həftə o Meksika ilə sərhədi bağlayacaq. Lakin o, bunun ticarətə və ya insanların gediş-gəlişinə aid olub-olmayacağını açıqlamayıb. 

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar xahiş etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi