Donald Tramp KXDR ilə sammitin faydalarından danışıb

Donald Tramp KXDR ilə sammitin faydalarından danışıb Bakı. 26 iyun. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra KXDR-də antiamerika plakatları yığışdırılıb.
Digər ölkələr
26 İyun , 2018 11:04
Donald Tramp KXDR ilə sammitin faydalarından danışıb
AP

Bakı. 26 iyun. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra KXDR-də antiamerika plakatları yığışdırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Onlar bütün Şimali Koreyada antiamerika plakatlarını yığışdırdılar. İndi yaxşı münasibətlərimiz var və hesab edirəm ki, hər şey yaxşı olacaq. Bu, asan iş deyil, vaxt tələb edir. Amma yekunda bütün səylər nəticəsində dünya daha təhlükəsiz olacaq", - ABŞ prezidenti əlavə edib.

Əldə olunan uğurlardan bəhs edən D.Tramp Pxenyanın nüvəsizləşdirməyə razı olduğunu, artıq sınaqlar keçirməməklə razılaşdığını xatırladıb: "Bundan əlavə, girovlarımızı geri qaytardıq. Qəhrəmanlarımızın qalıqlarını geri qaytarmaqda davam edirik".

Xatırladaq ki, D.Tramp və Kim Çen Inın görüşdüyü tarixdəki ilk ABŞ və KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib. Görüşdən sonra D.Tramp KXDR ilə sənəd imzaladığını və Koreya yarımadasının denuklearizasiya prosesinin çox tez başlayacağını vurğulayıb. Kim Çen In isə, öz növbəsində, yekun sənədin imzalanmasının iki ölkə arasındakı münasibətlərdə yeni başlanğıc olduğunu bildirib və gələcəkdə böyük dəyişikliklər olacağını vəd edib.

Son xəbərlər

Orphus sistemi