Donald Tramp keçmiş vəkilinin xidmətlərinə müraciət etməməyi məsləhət görüb

Donald Tramp keçmiş vəkilinin xidmətlərinə müraciət etməməyi məsləhət görüb Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp özünü bankçılıq, vergi və maliyyə qanunlarının pozulmasında günahkar bilən keçmiş vəkili Maykl Koenin xidmətlərindən istifadə etməməyi məsləhət görüb.
Digər ölkələr
22 Avqust , 2018 18:09
Donald Tramp keçmiş vəkilinin xidmətlərinə müraciət etməməyi məsləhət görüb
Reuters

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp özünü bankçılıq, vergi və maliyyə qanunlarının pozulmasında günahkar bilən keçmiş vəkili Maykl Koenin xidmətlərindən istifadə etməməyi məsləhət görüb.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Kimsə yaxşı vəkil axtarırsa, məsləhət görərdim ki, Maykl Koenin xidmətlərindən qətiyyən istifadə etməsin", - o yazıb.

Qeyd edək ki, dünən D.Trampın keçmiş vəkili özünü bankçılıq, vergi, maliyyə və seçki qanunlarının pozulmasında günhakar bilib. M.Koen istintaqla əməkdaşlığa razılıq verib. O, bu məsələdə ABŞ prezidentinin göstərişi ilə hərəkət etdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi