Donald Tramp işçi vizaların verilməsi prosedurunu sərtləşdirən fərman imzalayacaq

Donald Tramp işçi vizaların verilməsi prosedurunu sərtləşdirən fərman imzalayacaq ABŞ prezidenti ölkə daxilində istehsalı stimullaşdırmaq niyyətindədir
Digər ölkələr
18 Aprel , 2017 12:47
Donald Tramp işçi vizaların verilməsi prosedurunu sərtləşdirən fərman imzalayacaq
Reuters

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu gün ölkə daxilində istehsalı stimullaşdırmağa istiqamətlənmiş fərman imzalamaq niyyətindədir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, fərmanın məğzi "ABŞ istehsalı olan məhsul al, amerikalıları işlə təmin et" kimidir və bu, ABŞ-ın əmək bazarında əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər.

Həmçinin fərmana H-1B tipli işçi vizalarının veriıməsi prosedurunun yenidən nəzərdən keçirilməsi daxildir. Belə ki, hazırda bu tip vizalar lotereyalar vasitəsiylə oynanılır, ABŞ hökuməti isə məsələni daha yaxından izləyib vizaları ən keyfiyyətli işçilərin almasına çalışacaq. Miqrantlar üçün yeni fərmanın gözlənilən effektlərindən biri də amerikalı işçilərin daha yüksək əmək haqqı alması və daha yüksək məşğulluq səviyyəsinin olması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi