Donald Tramp illik əmək haqqını xeyriyyəçiliyə verəcək

Donald Tramp illik əmək haqqını xeyriyyəçiliyə verəcək ABŞ prezidentinin illik əmək haqqı 400 min dollar təşkil edir
Digər ölkələr
14 Mart , 2017 10:06
Donald Tramp illik əmək haqqını xeyriyyəçiliyə verəcək

Bakı. 14 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp illik əmək haqqını xeyriyyəçiliyə sərf edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

ABŞ prezidentinin illik əmək haqqı 400 min dollar təşkil edir.

Ş.Spayserin sözlərinə görə, Tramp pulun konkret hansı məqsədlər üçün istifadə olunacağına dair qərar qəbulunda ona daim tənqid etdiyi, Ağ Evdəki tədbirlərdə iştirak edən jurnalistlərin yardım göstərməsini istəyir.

Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp sadəcə, qanunun tələbinə uyğun olaraq, əldə etməli olduğu 1 dollardan savayı, əmək haqqı almayacağını bildirib.

O, əvvəllər biznesdəki uzun və uğurlu fəaliyyətinə baxmyaraq, karyerası ərzində demək olar, heç vaxt xeyriyyəçiliklə məşğul olmadığına görə tənqid edilib.

"Forbes" jurnalının 2016-cı ildəki reytinqində Donald Trampın var-dövləti 3,7 milyard ABŞ dolları qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi