Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib

Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib Tramp iyulun 14-də Fransa Milli Günündə Yelisey meydanında keçiriləcək hərbi paradda iştirak edəcək
Digər ölkələr
13 İyul , 2017 12:35
Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib
NICHOLAS KAMM/AFP/Getty Images

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Fransaya ilk səfərinə başlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısının təyyarəsi artıq Parisin Orli aeroportuna eniş edib.

Fransa prezidenti Emmanuel Makron qonağı tarixi Əlillər Evində qarşılamaq niyyətindədir. Rəsmi mərasimdən sonra onlar üz-üzə danışmaq üçün Sena çayının sağ sahilinə, Yelisey sarayına yollanacaqlar. Ardından dövlət başçılarına nümayəndə heyətlərinin üzvləri də qoşulacaq. Görüşün yekunları ilə bağlı mətbuata açıqlamalar veriləcək.

İyulun 14-də D.Tramp Fransa Milli Günündə Yelisey meydanında keçiriləcək hərbi paradda iştirak edəcək. Amerikalı lideri bu tədbirə Birləşmiş Ştatların Birinci dünya müharibəsinə daxil olmasının 100 illiyi ilə əlaqədar dəvət ediblər.

Son xəbərlər

Orphus sistemi