Yuxarı
    Bağlamaq

    Donald Tramp: "İran tərəfdən gələn təhlükə ərəb dünyasında İsrailə qarşı münasibəti yaxşılaşdırıb"

    Bu vəziyyət yaratdığı faydalardan istifadə edə bilərsiniz

    Bakı. 22 may. REPORT.AZ/ "İran tərəfdən gələn təhlükə ərəb dünyasında İsrailə qarşı münasibəti yaxşılaşdırıb".

    "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti Reuven Rivlinin iqamətgahında deyib.

    "İran ilə bağlı baş verənlər regionda bir çox dövləti İsrail tərəfinə çəkib. Bu vəziyyət yaratdığı faydalardan istifadə edə bilərsiniz" - ABŞ prezidenti bildirib.

    Qeyd edək ki, D.Tramp İsrailə yalnız krallığın rəhbərliyi ilə yox, həm də ərəb və müsəlman ölkələrinin liderlər ilə görüşdüyü Səudiyyə Ərəbistanından gedib.

    "Bu ölkələr arasında sizə, belə desək, heç də dostcasına münasibət göstərməyən ölkəlkər də var. Bu fürsətdən istifadə etsəniz, şad olarıq. Bu, elə də asan deyil, çağırışdır. Amma eyni zamanda, böyük şansdır. Özü də bütün Yaxın Şərq üçün şansdır", - D.Tramp söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi