Yuxarı
    Bağlamaq

    Donald Tramp Hillari Klintonu "İŞİD-in təsisçisi" adlandırıb

    Klinton İŞİD-in təsisçisi kimi, ondan mükafat almalıdır

    Bakı. 4 avqust. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokratlardan olan rəqibi, sabiq dövlət katibi Hillari Klintonu ittiham edərək bildirib ki, onun siyasəti İŞİD terror təşkilatının yaranmasına səbəb olub.

    "Report" xəbər verir ki, milyarder bunu çərşənbə günü Florida ştatının Deyton-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.

    Tramp hesab edir ki, ABŞ prezidenti Barak Obama son dərəcə təəssüflənməlidir ki, Klintonu öz administrasiyasında dövlət katibi vəzifəsinə məhz o təyin edib. Keçmiş brinci xanım bu postu 2009-2013-cü illərdə tutub.

    "O (Klinton) İŞİD-in təsisçisidir", - deyə Tramp iddia edib və bildirib ki, Dövlət Departamentinin sabiq rəhbərinin siyasəti sözügedən qruplaşmanın yaranmasına və nüfuzunun artmasına gətirib çıxarıb.

    "Bu, Hillari Klinton olub, məhz o, İŞİD-in təsisçisi kimi qruplaşmadan mükafat almalıdır", - deyə milyarder bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi