Donald Tramp Hanoya yola düşüb

Donald Tramp Hanoya yola düşüb Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp tezliklə Şimali Koreya lideri Kim Çen Inla görüşünün keçiriləcəyi Hanoya yola düşüb.
Digər ölkələr
26 Fevral , 2019 00:21
Donald Tramp Hanoya yola düşüb

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp tezliklə Şimali Koreya lideri Kim Çen Inla görüşünün keçiriləcəyi Hanoya yola düşüb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Amerika liderinin təyyarəsi Vaşinqton yaxınlığındakı Endryus aviabazasından səmaya qalxıb.

Daha əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın olduğu qatar Çin sərhədindən Vyetnama istiqamət alıb. Şimali Koreya lideri Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.

Son xəbərlər

Orphus sistemi