Donald Tramp G7 sammitində Tereza Mey ilə görüşməkdən imtina edib

Donald Tramp G7 sammitində Tereza Mey ilə görüşməkdən imtina edib Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Tereza Mey Kanadanın Kvebek şəhərində keçirilən Böyük yeddilik (G7) sammitində ikitərəfli danışıqlar aparmayacaq.
Digər ölkələr
8 İyun , 2018 11:10
Donald Tramp G7 sammitində Tereza Mey ilə görüşməkdən imtina edib
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Tereza Mey Kanadanın Kvebek şəhərində keçirilən "Böyük yeddilik" (G7) sammitində ikitərəfli danışıqlar aparmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Telegraph" qəzeti Britaniya hökumətinin nümayəndəsinə istinadən yazıb.

Qəzetin məlumatına görə, D.Tramp bu görüşdən imtina edib.

ABŞ prezidentinə yaxın mənbələr Trampın Tereza Meyin "müəllimlik" tonundan yorulduğunu bildirib.

"İnciməyin, amma, o, məktəb müəllimi kimidir. Düşünmürəm ki, kimsə onunla yaxşı münasibətdə olsun", - iki liderin görüşlərində iştirak edən naməlum şəxs qəzetə bildirib.

Qeyd edək ki, G-7 sammiti iyunun 8-9-da Kanadanın Kvebek vilayətində, kiçik kurort şəhəri olan La Malbedə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi