Donald Tramp fırıldaqçılıq işi üzrə 25 milyon dollar kompensasiya ödəyib

Donald Tramp fırıldaqçılıq işi üzrə 25 milyon dollar kompensasiya ödəyib 2013-cü ildə "Trump University" təşkilatına qarşı tələbələri yanıltdığına görə ittiham irəli sürülüb
Digər ölkələr
19 Yanvar , 2017 12:21
Donald Tramp fırıldaqçılıq işi üzrə 25 milyon dollar kompensasiya ödəyib

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp "Trump University" təşkilatına qarşı fırıldaqçılıq ittihamı üzrə məhkəmə iddialarının həll edilməsi məqsədilə 25 milyon dollar ödəməyə razılıq verib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2013-cü ildə "Trump University" təşkilatına qarşı tələbələri yanıltdığına və tələbələrə lazım olmayan proqramlar üçün ödəniş həyata keçirməyə məcbur etməsinə görə ittiham irəli sürülüb.

CNN telekanalı iddiaçıların vəkillərinə istinadən bildirib ki, "Trump University" kompensasiyanı çərşənbə günü ödəyib.

Qeyd olunub ki, kompromis ötən ilin noyabr ayında, prezident seçkilərindən sonra əldə olunub. Kompensasiya ödənişi ilə ABŞ-ın yeni prezidenti məhkəmədə ifadə verməkdən azad olub.

Son xəbərlər

Orphus sistemi