Donald Tramp bu gün İsrailin baş naziri ilə görüşəcək

Donald Tramp bu gün İsrailin baş naziri ilə görüşəcək Görüş Bakı vaxtı ilə axşam saatlarına təsadüf edəcək
Digər ölkələr
15 Fevral , 2017 06:57
Donald Tramp bu gün İsrailin baş naziri ilə görüşəcək

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp çərşənbə günü İsrailin baş naziri Binyamin Netanyahu və nüfuzlu iş adamları ilə görüşəcək, Argentina prezidenti Maurisio Makri ilə telefon söhbəti edəcək və praymerizdə rəqibi olmuş Makro Rubio ilə şam yeməyində bir araya gələcək.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Tramp və Netanyahunun mətbuat konfransı Bakı vaxtı ilə 21:00-a təsadüf edəcək. Tramp, həmçinin "retail" sahəsində iri şirkətlərin baş direktorları ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi