Donald Tramp: "BMT problemi həll etmir, onu yaratmaqla məşğuldur"

Donald Tramp: "BMT problemi həll etmir, onu yaratmaqla məşğuldur" "Siz nə zaman görmüsünüz ki, BMT problem həll etsin?"
Digər ölkələr
29 Dekabr , 2016 04:50
Donald Tramp: BMT problemi həll etmir, onu yaratmaqla məşğuldur

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, BMT böyük potensiala malikdir, lakin hələ ki, az fayda gətirir.

"Report" xəbər verir ki, bu barədə respublikaçının Florida ştatında keçirilən mətbuat konfransındakı nitqinə istinadən "The Washington Post" yazıb.

"BMT-nin böyük potensialı var, o bunu doğrultmur", — deyə Tramp "ABŞ-ın təşkilatın işində iştirakının azaldılmasını lazım bilirsinizmi?" sualına cavabında bildirib.

"Siz nə zaman görmüsünüz ki, BMT problem həll etsin, belə şey olmayıb, o əksinə problem yaradır", - deyə Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi