Tramp: "Çinlə ticarət sazişi bağlanmasa, bunun heç bir qorxusu yoxdur"

Tramp: "Çinlə ticarət sazişi bağlanmasa, bunun heç bir qorxusu yoxdur" ABŞ prezidenti Donald Tramp bildirib ki, iyunda Osakada G20 sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Çzinpinlə görüşü, xüsusi halda ticarət sahəsində ikitərəfli mübahisələri müzakirə etməyi səbirsizliklə gözləyir.
Digər ölkələr
24 May , 2019 02:23
Tramp: Çinlə ticarət sazişi bağlanmasa, bunun heç bir qorxusu yoxdur

ABŞ prezidenti Donald Tramp bildirib ki, iyunda Osakada G20 sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Çzinpinlə görüşü, xüsusi halda ticarət sahəsində ikitərəfli mübahisələri müzakirə etməyi səbirsizliklə gözləyir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Mən G20 sammitində Si ilə (Çzinpinlə - red) görüşü səbirsizliklə gözləyirəm", - deyə o, Ağ Evdə Amerika kənd təsərrüfatı nümayəndələri qarşısındakı çıxışında qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, o, ABŞ-ın müəyyən anda Çinlə razılaşmaya nail olacağına ümid edir. "Əgər Çinlə ticarət sazişi bağlanacaqsa, onda bu əladır, əgər saziş bağlanmasa, bunun heç bir qorxusu yoxdur", - deyə Vaşinqton Administrasiyasının başçısı bildirib. Onun fikrincə, Çinlə ticarət danışıqları ilə bağlı hadisələr "tez keçir".

Daha əvvəl Ağ Evdən bildirilib ki, ABŞ Çinlə yeni ticarət danışıqları aparmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi