Donald Tramp: “Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”

Donald Tramp: “Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq” ABŞ-ın yeni seçilən prezidenti: “Dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır”
Digər ölkələr
7 Dekabr , 2016 10:01
Donald Tramp: “Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”

Bakı. 7 dekabr. REPORT.AZ/ ”Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Korolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.

“Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır", - deyə o, vurğulayıb. 

D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır. 

Son xəbərlər

Orphus sistemi