Yuxarı

​Donald Tramp baş məsləhətçisi Eda Brukoveri vəzifəsindən uzaqlaşdırıbb

Onun bu addımının səbəbləri açıqlanmır

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün böyük məsləhətçisi Eda Brukoveri vəzifəsindən kənarlaşdırıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi seçki kampaniyasındakı mənbəyə istinadən xəbər yayıb.

Donald Trampın bu addımının səbəbləri açıqlanmır.

Brukover bu vəzifərə iyunda təyinat almışdı. O, Trampla Respublikaçılar Partiyasının milli komitəsi arasında əlaqə yaradırdı. 

ABŞ-da keçirilmiş rəy sorğusuna əsasən Demokratik Partiyaslndan prezidentliyə namizəd Hillari Klinton Donald Trampdan 9 faiz öndədir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi