Donald Tramp Avropanın qazla təminatına kömək edəcəyinə söz verib

Donald Tramp Avropanın qazla təminatına kömək edəcəyinə söz verib ABŞ Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazırdır
Digər ölkələr
6 İyul , 2017 17:09
Donald Tramp Avropanın qazla təminatına kömək edəcəyinə söz verib

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazırdır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp Varşavada Polşa dövlət başçısı Anjey Duda ilə görüşündə bildirib.

D.Tramp qeyd edib ki, maye təbii qazın (LNG) iyunun əvvəlində ABŞ-dan Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnun qalıb.

Dövlət başçısı ABŞ tərəfinin yeni analoji sazişlər imzalamağa hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi