Donald Tramp Almaniyadakı ata-baba yurduna baş çəkmək niyyətindədir

Donald Tramp Almaniyadakı ata-baba yurduna baş çəkmək niyyətindədir Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp öz ata-baba yurduna - Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.
Digər ölkələr
21 Dekabr , 2018 20:11
Donald Tramp Almaniyadakı ata-baba yurduna baş çəkmək niyyətindədir

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp öz ata-baba yurduna - Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell məlumat verib.

“Dəqiq vaxtını deyə bilmərəm, amma bura gəlib ailəsinin doğma yurdunu gəzmək istədiyini mənə deyib”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 45-ci Prezidentinin babası Frederik Tramp, yəni, əslində, Fridrix Trump 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub, 1885-ci ildə isə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.

Son xəbərlər

Orphus sistemi