Donald Tramp APEC-in sammitinin açılışında iştirak etməyib

Donald Tramp APEC-in sammitinin açılışında iştirak etməyib Dmitri Peskov isə prezidentlərin görüşünə hazırlığın getdiyini söyləyirdi
Digər ölkələr
10 Noyabr , 2017 13:56
Donald Tramp APEC-in sammitinin açılışında iştirak etməyib
AP Photo / Mark Schiefelbein

Bakı. 10 noyabr. REPORT.AZ/ Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı (APEC) sammiti ABŞ prezidenti Donald Tramp iştirak etmədən başlayıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilatın İşgüzar Məsləhət Şurasında bir qayda olaraq sammit iştirakçıları görüşürlər.

Rusiya prezidenti Vladimir Putinin həmin iclasda Donald Trampla görüşmək imkanı var idi. Ancaq ABŞ prezidenti şuranın iclasında iştirak etməyib. ABŞ-ı Ticarət Nazirliyinin nümayəndəsi Robert Laythazer təmsil edib. İşgüzar Məsləhət Şurasının iclası APEC-in ilk tədbiridir. ABŞ prezidenti üçün nəzərdə tutulan kresloda Robert Laythazer oturub.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Vyetnamda APEC sammitində görüşəcəyi bildirilirdi. Ancaq noyabrın 10-da Ağ ev prezidentlərin görüşməyəcəyi haqqında açıqlama yaydı. Kremlin sözçüsü Dmitri Peskov isə KİV-ə bu görüşlə bağlı yekun məlumat verə bilməyib. O, prezidentlərin görüşünə hazırlığın getdiyini söyləyirdi.

Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir.

Son xəbərlər

Orphus sistemi