Donald Tramp andiçmə mərasimində sadə insanları görmək istədiyini bildirib

Donald Tramp andiçmə mərasimində sadə insanları görmək istədiyini bildirib Tramp: "Məşhurlar, ulduzlar andiçmə mərasiminə bilet istəyirlər"
Digər ölkələr
23 Dekabr , 2016 09:31
Donald Tramp andiçmə mərasimində sadə insanları görmək istədiyini bildirib

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimində ulduzları, məşhurları yox, sadə insanları görmək istəyir.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Məşhurlar, ulduzlar andiçmə mərasiminə bilet istəyirlər. Amma baxın, görün onlar Hillari Klinton üçün nə ediblər? Heç nə! Mən sadə insanları görmək istəyirəm", - D.Tramp yazıb.

Son xəbərlər

Orphus sistemi