Donald Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

Donald Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib Bu, general Con Kellidir
Digər ölkələr
29 İyul , 2017 08:28
Donald Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə rəhbərlik edən general Con Kellini Ağ ev aparatının yeni şefi təyin olunması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə o, öz "Twitter" hesabında yazıb.

"Bildirməyə şadam ki, mən indicə general Con Kellini Ağ ev aparatının başçısı təyin etdim", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, Kelli "böyük amerikalı və əla liderdeir".

O, bu vəzifədə Rins Pribası əvəz edib.

Son xəbərlər

Orphus sistemi