KİV: Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb

KİV: Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb Adı açıqlanmayan bir neçə mənbə bu məlumatları təsdiqləyib
Digər ölkələr
27 Yanvar , 2017 14:58
KİV: Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Politico" nəşrinin köşə yazarı Syuzen Qlasser bir neçə mənbəyə əsaslanaraq "Twitter" hesabında yazıb.

O yazıb ki,  bir neçə mənbə sanksiyaların birtərəfli qaydada götürüləcəyin məlumat verib.

Eyni zamanda, "Atlantic Council" (ABŞ) Analitik Mərkəzinin böyük elmi işçisi Fabris Potye də mənbələrə istinadən bu barədə "Twitter" hesabında qeyd edib.

"Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib" - o yazıb.

Kremldə isə bu məlumatlardan xəbərdar olmadıqlarını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi