Donald Tramp: "ABŞ təyyarələri yaxınlığında manevr edən Rusiya təyyarələrini vurmaq lazımdır"

Donald Tramp: "ABŞ təyyarələri yaxınlığında manevr edən Rusiya təyyarələrini vurmaq lazımdır" "Bu, ölkəmizə qarşı hörmətsizlik və Obamaya qarşı hörmətin olmamasının göstəricisidir"
Digər ölkələr
3 May , 2016 11:54
Donald Tramp: ABŞ təyyarələri yaxınlığında manevr edən Rusiya təyyarələrini vurmaq lazımdır

Bakı. 3 may. REPORT.AZ/ "ABŞ təyyarələri yaxınlığında təhlükəli manevr edən Rusiya təyyarələrini vurmaq lazımdır".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa əsas iddiaçı Donald Tramp aprelin 29-da Baltik dənizi üzərində Rusiyaya məxsus Su-27 təyyarəsinin ABŞ Hava Qüvvələrinə məxsus kəşfiyyatçı-təyyarənin yaxınlığında manevrlər həyata keçirməsini şərh edərkən "Indiana Radio"ya müsahibəsində deyib.

Lakin D.Tramp bunun "son çarə" kimi dəyərləndirilməsini istədiyini bildirib. O qeyd edib ki, bu cür və ya oxşar hallarda ilk növbədə ABŞ və Rusiya prezidentləri bir-biri ilə əlaqə yaradıb münaqişənin həlli üçün diplomatik yol işləməlidir.

D.Tramp Rusiyanın hərəkətlərini "zəhlətökən" deyə adlandırıb.

"Bu, ölkəmizə qarşı hörmətsizlik və Obamaya qarşı hörmətin olmamasının göstəricisidir", - deyə milyarder iddiaçı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi