​Donald Tramp ABŞ prezidentliyinə namizəd seçilməsinə rəsmən razılıq verib

​Donald Tramp ABŞ prezidentliyinə namizəd seçilməsinə rəsmən razılıq verib "Biz birgə partiyamızı yenidən Ağ evə, ölkəmizi isə təhlükəsizliyə, çiçəklənməyə və sülhə aparacağıq"
Digər ölkələr
22 İyul , 2016 08:17
​Donald Tramp ABŞ prezidentliyinə namizəd seçilməsinə rəsmən razılıq verib

Bakı. 22 iyul. REPORT.AZ/ Milyarder Donal Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsinə rəsmən razılıq verib.

"Report" xəbər verir ki, Tramp bunu partiyanın Klivlenddə keçirilən qrultayında çıxışı zamanı bəyan edib.

"Dostlar, nümayəndələr, amerikalı həmvətənlərimiz. Mən təvazökarlıq və minnətdarlıq hissi ilə sizin Birləşmiş Ştatlar prezidentliyinə nominasiyanızı qəbul edirəm", — deyə o bildirib.

"Biz birgə partiyamızı yenidən Ağ evə, ölkəmizi isə təhlükəsizliyə, çiçəklənməyə və sülhə aparacağıq. Biz səxavətli və xeyirxah, eyni zamanda qayda-qanun ölkəsi olacağıq", — deyə namizəd əlavə edib.

Son xəbərlər

Orphus sistemi