Donald Tramp ABŞ-ın yeni müdafiə nazirini müəyyən edib

Donald Tramp ABŞ-ın yeni müdafiə nazirini müəyyən edib Ceyms Mettisin təyinatı gələn həftə elan olunacaq
Digər ölkələr
2 Dekabr , 2016 03:47
Donald Tramp ABŞ-ın yeni müdafiə nazirini müəyyən edib

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general Ceyms Mettisi Pentaqonun yeni rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən "The Washington Post" nəşri məlumat yayıb.

Məlumata görə, təyinat gələn həftənin əvvəlində elan olunacaq. Mettisin özü isə bununla bağlı şərh verməkdən imtina edib. Trampın nümayəndələri də hələ ki, vəziyyətə aydınlıq gətirməyiblər.

Daha sonra Donald Trampın nümayəndəsi "Twitter"də prezidentin Pentaqon başçısının namizədliyi barədə qərar qəbul etməsinə dair məlumatları təkzib edib.

Son xəbərlər

Orphus sistemi