Tramp: "ABŞ digər dövlətlərlə əməkdaşlığa səy göstərəcək"

Tramp: "ABŞ digər dövlətlərlə əməkdaşlığa səy göstərəcək" "ABŞ hökuməti öz xalqına qulluq edəcək"
Digər ölkələr
9 Noyabr , 2016 12:01
Tramp: ABŞ digər dövlətlərlə əməkdaşlığa səy göstərəcək

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkilərdən sonra öz seçiciləri qarşısında ilk dəfə çıxış edib.  

"Report" Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasının namizədi deyib ki, ABŞ-ın yaralarını sarımaq vaxtıdır.

D.Tramp bütün amerikalıların prezidenti olacağına söz verib: "ABŞ hökuməti öz xalqına qulluq edəcək".

O bildirib ki, özü "amerika xülyasının" yenilənməsi üzərində işləyəcək. D.Tramp ABŞ infrastrukturunu yeniləcəyinə və işsizliklə bağlı problemi də həll edəcəyinə dair vədlər verib.

O, həmçinin təsdiq edib ki, Hillari Klinton ona zəng vuraraq, qələbə qazanması münasibətilə təbrik edib.

ABŞ prezidenti bildirib ki, digər dövlətlərlə əməkdaşlığa səy göstərəcək. 

Son xəbərlər

Orphus sistemi