Donald Tramp ABŞ-ın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir

Donald Tramp ABŞ-ın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir ABŞ Prezidentinin var-dövləti 3,1 milyard dollaradək azalıb
Digər ölkələr
3 Oktyabr , 2018 11:40
Donald Tramp ABŞ-ın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir

Bakı. 3 oktyabr REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın var-dövləti 3,1 milyard dollaradək azalıb və bunun nəticəsində o, "Forbes 400"ün versiyasına görə, ABŞ-ın ən zəngin 400 adamı reytinqində 138 pillə geriləyib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci ildə D.Trampın var-dövləti 4,5 milyard dollar civarında qiymətləndirilib. Başqa sözlə, bu müddətdə o, milyard dollardan çox itirib.

Əlavə edək ki, "Forbes 400"ün tam reytinqi bu gün açıqlanacaq. 2017-ci ilin analoji reytinqində D.Tramp 248-ci sırada qərarlaşıb.

"Forbes" nəşrinin məlumatına görə, D.Trampın var-dövlətinin azalmasına səbəb olan amillər arasında siyasi və biznes amillərinin vəhdətinin olduğu qeyd edilir. Eyni zamanda mətbuatda Prezidentə qarşı mənfi münasibətin olduğu vurğulanır. Bundan başqa, nəşr D.Trampın kommersiya daşınmaz əmlakına etdiyi investisiyaların da təzyiq altında qaldığını yazıb.

"Donald Tramp nə qədər çalışsa da, o isə açıq-aydın çalışır, prezidentlik sayəsində zənginləşmir", - qəzet yazır.

Son xəbərlər

Orphus sistemi