Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib

Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib Həmin dövlətlər arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var
Digər ölkələr
30 Mart , 2017 09:53
Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.

D.Tramp bu il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra ölkəsinin bir sıra dövlətlərdəki səfirlərini işdən çıxarıb. Məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.

Qeyd edək ki, səfir vəzifəsinə namizədlər Senatın Baş Məclisində təsdiq olunmalıdır. 

Xatırladaq ki, Yuta ştatının keçmiş qubernatoru, 2009-2011-ci illərdə ABŞ-ın Çindəki səfiri kiçik Con Xantsmanın Rusiyaya səfir təyin ediləcəyi haqda da xəbərlər yayılıb. Onun atası, böyük Con Xantsmana respublikanın yaranmasında göstərdiyi səylərə görə Ermənistanın vətəndaşlığı verilib. Milyader böyük Conun bir vaxtlar Yerevanda zavodları olub.  

Son xəbərlər

Orphus sistemi