Dominikanda 20 günlük komendant saatı tətbiq edildi

Dominikanda 20 günlük komendant saatı tətbiq edildi Dominikan hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkədə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul edib.
Digər ölkələr
21 İyul , 2020 05:40
Dominikanda 20 günlük komendant saatı tətbiq edildi
0 : 00
0 : 00

Dominikan hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkədə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən məlumat verir.

Bu gündən qüvvəyə minəcək qərar 20 gün davam edəcək. Komendant saatı bəzi bölgələrdə axşam 7-dən başlayacaq, digərlərində 8-dən başlayaraq səhər saat 5-ə qədər davam edəcək.

Bu zaman yalnız həkimlər, təhlükəsizlik xidmətləri, jurnalistlər, yanacaqdoldurma məntəqələrinin işçiləri, infrastruktur və rabitə xidmətləri göstərən şirkətlərin və qəbiristanlıq işçilərinin hərəkətinə icazə veriləcək.

Son xəbərlər

Orphus sistemi