Dominikan prezidentinin mühafizəsi gücləndirilib

Dominikan prezidentinin mühafizəsi gücləndirilib Haiti prezidenti Jovenel Moizin sui-qəsd nəticəsində öldürülməsindən sonra Dominikan respublikasının lideri Luis Abinaderin mühafizəçilərinin sayı artırılıb.
Digər ölkələr
115
8 İyul , 2021 07:13
Dominikan prezidentinin mühafizəsi gücləndirilib

Haiti prezidenti Jovenel Moizin sui-qəsd nəticəsində öldürülməsindən sonra Dominikan respublikasının lideri Luis Abinaderin mühafizəçilərinin sayı artırılıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Belə ki, hərbi və polis zabitlərindən ibarət olan təhlükəsizlik xidməti prezident iqamətgahına yaxın ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti izləyir.

Bundan əvvəl Luis Abinader qonşu ölkə ilə dövlət sərhədinin tamamilə bağlanması barədə göstəriş verib. Dominikan rəsmiləri hesab edir ki, Haitidə cinayət törədən şəxslər ölkəyə daxil ola bilərlər.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb.

Son xəbərlər

Orphus sistemi