Dmitri Peskov: "Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur"

Dmitri Peskov: "Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur" "Əvvəlcə prezidentlərin görüşünün vaxtı və yerini müəyyənləşdirmək lazımdır"
Digər ölkələr
30 Yanvar , 2017 14:52
Dmitri Peskov: Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur

Bakı. 30 yanvar. REPORT.AZ/ "Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hələlik hansısa anlaşma barədə danışmaq imkanı yoxdur. Əvvəlcə prezidentlərin görüşünün vaxtı və yerini müəyyənləşdirmək lazımdır" - D.Peskov bildirib.

Onun sözlərinə görə, yanvarın 28-də Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı zamanı müzakirə olunan mövzulara onların şəxsi görüşlərində də ətraflı toxunulacaq.

Son xəbərlər

Orphus sistemi