Dmitri Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər "soyuq müharibə" dövründəkindən də pisdir"

Dmitri Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər "soyuq müharibə" dövründəkindən də pisdir" "ABŞ-da Rusiyanın əmlakının müsadirə edilməsi beynəlxalq diplomatik praktikada görünməmiş qəsbdir"
Digər ölkələr
31 Mart , 2017 17:37
Dmitri Peskov: Rusiya və ABŞ arasındakı münasibətlər soyuq müharibə dövründəkindən də pisdir
Dmitri Peskov

Bakı. 31 mart. REPORT.AZ/ "Rusiya və ABŞ arasındakı münasibətlər "soyuq müharibə" dövründəkindən də pisdir".

"Report" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Good Morning America" proqramının efirində deyib.

O, Vaşinqtonun soyuqluq yaradan addımları deyərkən rusiyalı diplomatların ABŞ-dan çıxarılmasını və əvvəlki administrasiya dövründə ABŞ-da Rusiyanın əmlakının müsadirə olunmasını nəzərdə tutduğunu izah edib.

Eyni zamanda, D.Peskov ABŞ-da Rusiyanın diplomatik toxunulmazlıq statusu daşıyan əmlakının müsadirə edilməsinin onilliklər ərzində beynəlxalq praktikada görünməmiş qəsb və beynəlxalq hüquqa zidd addım olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi