Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşməyə hazırdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, eyni zamanda, dövlət başçılarının görüşünün təşkili prosesinin aylarla uzana biləcəyini vurğulayıb.