Dmitri Medvedyevlə Bineli Yıldırım arasında telefon danışığı olub

Dmitri Medvedyevlə Bineli Yıldırım arasında telefon danışığı olub Medvedyev İstanbulda baş vermiş terror aktına görə, türkiyəli həmkarına başsağlığı verib
Digər ölkələr
1 yanvar 2017 17:35
Dmitri Medvedyevlə Bineli Yıldırım arasında telefon danışığı olub

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedyevlə Türkiyənin baş naziri Bineli Yıldırım arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dmitri Medvedyev İstanbulda baş vermiş terror aktına görə türkiyəli həmkarına başsağlığı verib.

Qeyd olunur ki, Medvedyev və Yıldırım beynəlxalq terrorizm təhdidləriylə birgə mübarizənin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin ikitərəfli əlaqələr də müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi