Dmitri Medvedev: "Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq"

Dmitri Medvedev: "Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq" Rusiya Ukraynadakı xarici hərbi bazalar yaradılacağı təqdirdə onlara mütləq zərbələr endirəcək.
Digər ölkələr
25 Dekabr , 2023 13:20
Dmitri Medvedev: Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq

Rusiya Ukraynada xarici hərbi bazalar yaradılacağı təqdirdə onlara mütləq zərbələr endirəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş Prezidenti Dmitri Medvedev teleqramda yazıb.

O bildirib ki, Avropa İttifaqının (Aİ) Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannaməsi Kiyevə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi, həmçinin Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamağa imkan verir.

D.Medvedev yazıb ki, Rusiya Ukraynada ehtimal edilən xarici hərbi bazanın yaradılmasına cavab verəcək.

Qeyd edək ki, D.Medvedev daha əvvəl nüvə silahının tətbiqi barədə Qərb ölkələrinə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi