DİN: "Kataloniyada referendum öncəsi əksər seçki məntəqələri bağlanıb"

DİN: "Kataloniyada referendum öncəsi əksər seçki məntəqələri bağlanıb" Madrid səsvermənin keçirilməsini qanuni hesab etmir
Digər ölkələr
1 Oktyabr , 2017 07:30
DİN: Kataloniyada referendum öncəsi əksər seçki məntəqələri bağlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ İspaniya polisi Kataloniyada müstəqilliklə bağlı referendumun keçirilməsi öncəsi əksər seçki məntəqələrini bağlayıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

"La Vanguardia" nəşri yazır ki, səsvermənin keçiriləcəyi bütün müəssisələr, əsasən məktəblər 1,3 min nəfərdən ibarət polis əməkdaşları tərəfindən tutulub. Daha 900 binada referendum tərəfdarları toplaşıb, onlar binaları Mülki Qvardiya dəstələri gələnə qədər tutublar.

Kataloniya hakimiyyəti bu gün – oktyabrın 1-də referendum keçirməyi planlaşdırır. Lakin Madrid səsvermənin keçirilməsini qanuni hesab etmir.

Son xəbərlər

Orphus sistemi