DİN: Almaniyada yüksək terror təhlükəsi qalmaqda davam edir

DİN: Almaniyada yüksək terror təhlükəsi qalmaqda davam edir "Terror təhlükəsi yüksəkdir, federal və regional polis çox yüklənib"
Digər ölkələr
10 Avqust , 2016 14:18
DİN: Almaniyada yüksək terror təhlükəsi qalmaqda davam edir

Bakı. 10 avqust. REPORT.AZ/ "Almaniyada yüksək terror təhlükəsi qalmaqda davam edir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bəyan edib.

"Terror təhlükəsi yüksəkdir, federal və regional polis çox yüklənib", - deyə, DİN başçısı Bremendə jurnalistlərə bildirib.

Qeyd edək ki, daha əvvəl ölkə hakimiyyəti son hadisələrlə əlaqədar olaraq Almaniya şəhərlərinin küçələrində və strateji obyektlərdə polis nəzarətini artırdığını bəyan etmişdi.

Xatırladaq ki, iyul ayının sonlarında Bavariyada federal səviyyədə bir neçə böyük hadisə - Vürtsburqda qatar sərnişinlərinə hücum, Münhendə 9 qurbanın olduğu güllələmə olayı, Ansbaxda partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi