Devid Kemeron: "Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür"

Devid Kemeron: "Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür" "Heç kim nə olacağını bilmir"
Digər ölkələr
22 İyun , 2016 12:49
Devid Kemeron: Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür

Bakı. 22 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür".

"Report" xəbər verir ki, bu sözləri "Financial Times" nəşrinə müsahibəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

"Hər şey çox qarışıqdır. Heç kim nə olacağını bilmir", - deyə baş nazir bildirib.

Ölkənin Aİ-dən çıxmasına qarşı olan D.Kemeron həmvətənlərinin Aİ üzvlüyünün davam etdirilməsiylə bağlı seçimi təqdirində onların seçkilərin sabahısı artıq, bu qərarın iqtisadi üstünlüklərini görəcəyini vurğulayıb.

Qeyd edək ki, Britaniyanın Aİ üzvlüyünün davam edib-etməyəcəyi iyunun 23-də keçiriləcək referendumda müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi