“Der Spiegel”: İD-i Saddam-ın kəşfiyyat zabiti yaradıb

“Der Spiegel”: İD-i Saddam-ın kəşfiyyat zabiti yaradıb Jurnal yazır ki, İslam Dövlətinin strukturu barədə 31 səhifəlik məxfi sənədi əldə edib
Digər ölkələr
20 Aprel , 2015 03:18
“Der Spiegel”: İD-i Saddam-ın kəşfiyyat zabiti yaradıb

Bakı. 20 aprel. REPORT.AZ/ Almaniyanın “Der Spiegel” məcmuəsi yazır ki, İslam Dövləti təşkilatının Suriyanın şimalını işğal etməsinin və bu təşkilatının yüksəlişinin arxasında keçmiş İraq diktatoru Saddam Hussein-in keçmiş kəşfiyyat zabiti durur.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, jurnal yazır ki, İslam Dövlətinin strukturu barədə 31 səhifəlik məxfi sənədi əldə edib.

Sənədin Samir Abd Muhammad al-Khlifawi adlı polkovnikə aid olduğu bildirilir. O Saddam Hussein-nin hava hücumundan müdafiə kəşfiyyatına rəhbərlik edib və kəşfiyyatçı ayaması “Hacı Bəkir” olub.

Spiegel yazır ki, bu planda Suriyanın şimal hissəsinin zəbt edilməsi texniki xırdalıqlarına qədər göstərilir.

Polkovnikin 2014-cü ildə Suriya qiyamçıları ilə döyüşdə öldürüldüyü bildirilir.

Bu da bildirilir ki, 2010-cu ildə İslam Dövləti təşkilatının başına Abu Bakr al-Baghdadi-ni gətirən də Hacı və onun kəşfiyyat zabitlərindən ibarət qrupu olub.

Iraq jurnalisti Hisham al-Hashimi deyib ki, Bəkir islamçı yox, ərəb millətçisi olub.

Son xəbərlər

Orphus sistemi