Yuxarı
    Bağlamaq

    "Der Spiegel": Almaniya hökuməti qondarma "erməni soyqırımı"nı tanımaq niyyətində deyil

    Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyanatla çıxış edəcək

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Almaniya hökuməti Bundestaqın qondarma "erməni soyqırımı"nın tanınması barədə qəbul etdiyi qətnaməni tanımaq fikrindən uzaqlaşmaq və bununla da Türkiyəyə qarşı "siyasi jest" etmək niyyətindədir.

    "Report" xəbər verir ki, bu barədə öz diplomatik mənbələrinə istinadən Almaniyanın məşhur "Der Spiegel" qəzeti yazıb.

    Nəşrin yazdığına görə, hökumətin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyanatla çıxış edərək bildirəcək ki, qəbul edilmiş qətnamə hökumət üçün mütləq keçərli qüvvəyə malik deyil, sadəcə, Bundestaqının hüquqi əhəmiyyəti olmayan siyasi bəyanatıdır.

    Almaniya hökuməti bu addıma cavab olaraq, Türkiyənin alman deputatların İncirlik aviabazasına girişinə icazə verəcəyini gözləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi