​"Denni" qasırğası ABŞ sahillərinə yaxınlaşır - VİDEO

​"Denni" qasırğası ABŞ sahillərinə yaxınlaşır - VİDEO Küləyin sürəti saatda 85 km-ə çata bilər
Digər ölkələr
21 Avqust , 2015 05:33
​Denni qasırğası ABŞ sahillərinə yaxınlaşır - VİDEO

Bakı. 21 Avqust. REPORT.AZ/ Növbəti tropik "Denni" qasırğası Atlantik okeanı ilə qərbə doğru hərəkət edir və tezliklə Birləşmiş Ştatların şərq sahillərinə çatacaq.

"Report" xəbər verir ki, ekspertlər qasırğanın quruya çatdıqdan sonra dağıdıcı tufana çevrilə biləcəyini istisna etmirlər.

Hazırda "Denni" saatda 17 km səviyyəsində sabit külək sürəti yığmaqdadır və onun sürəti saatda 85 km-ə çata bilər.

ABŞ-ın Milli Qasırğalar Mərkəzi məlumat verir ki, fırtına yaxın iki sutka ərzində güclənə və istirahət günləri Amerikaya qasırğa üz verə bilər.

Hazırda fırtına Kiçik Antil adalarından 2 min km şərqdədir.

Son xəbərlər

Orphus sistemi