Demokratlar Trampa öz mülkiyyətində görüşlər keçirməsini qadağan etmək istəyirlər

Demokratlar Trampa öz mülkiyyətində görüşlər keçirməsini qadağan etmək istəyirlər ABŞ-da demokrat senatorlar prezident Donald Tramp administrasiyasının xarici liderlərlə prezidentin şəxsi mülkiyyəti ərazisində görüşlər keçirməsini qadağan edən qanun layihəsini təqdim ediblər.
Digər ölkələr
22 Oktyabr , 2019 06:16
Demokratlar Trampa öz mülkiyyətində görüşlər keçirməsini qadağan etmək istəyirlər

ABŞ-da demokrat senatorlar prezident Donald Tramp administrasiyasının xarici liderlərlə prezidentin şəxsi mülkiyyəti ərazisində görüşlər keçirməsini qadağan edən qanun layihəsini təqdim ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, SWAMP ("Scrutinizing White House Activities that Make Profits" - Ağ Evin gəlir gətirən fəaliyyətinin öyrənilməsi) adlı qanun layihəsi senatorlar Cef Merkli, Ed Marki və Mezi Hirono tərəfindən təqdim edilib.

"Konqresə müdaxilə etmək və prezident Trampın xarici liderlərlə - nə "Böyük Yeddilər"lə, nə də başqaları ilə görüşdən qazanc gəlir əldə edə bilməməsini aydın anlatmaq zamanı gəldi", - deyə Merklinin açıqlamasında bildirilir.

Trampın siyasi rəqibləri onu bir neçə dəfə vergi verənlərin hesabına qazanc əldə etməkdə ittiham ediblər. ABŞ prezidenti bu ittihamları qəti surətdə inkar edir.

Son xəbərlər

Orphus sistemi