Dəmiryolçuların etiraz tətili Paris ətrafında 400 km-lik tıxaca səbəb olub

Dəmiryolçuların etiraz tətili Paris ətrafında 400 km-lik tıxaca səbəb olub Bakı. 4 aprel. REPORT.AZ/ Fransalı dəmiryolçuların etiraz tətilinin ikinci günü nəticəsində bu gün Paris ətrafında 400 kilometrdən çox tıxac meydana gəlib.
Digər ölkələr
4 Aprel , 2018 14:39
Dəmiryolçuların etiraz tətili Paris ətrafında 400 km-lik tıxaca səbəb olub

Bakı. 4 aprel. REPORT.AZ/ Fransalı dəmiryolçuların etiraz tətilinin ikinci günü nəticəsində bu gün Paris ətrafında 400 kilometrdən çox tıxac meydana gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Fransa Dəmir Yolları dövlət şirkətinin (SNCF) məlumatına görə, etiraz aksiyasında çərşənbə günü dəmiryol işçilərinin 34%-i iştirak edir. Həmkarlar ittifaqları şirkət rəhbərlərinin məlumatları manipulyasiya edərək 80%-lik iştirak səviyyəsi barədə məlumat verdiyini açıqlayıb.

SNCF rəhbərliyi KİV-in dolu perronlar və qatarların şəklini çəkməsinə mane olmaq üçün bu gün jurnalistlərin onun obyektlərinə daxil olmasına qadağa qoyub. Qatarların əksəriyyəti. təxminən, bir saatlıq gecikmə ilə gəlir.

Son xəbərlər

Orphus sistemi