Dəməşqin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, 14-ü yaralanıb

Dəməşqin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, 14-ü yaralanıb Hələb, Latakiya, Hama, Homs, Dəməşq və Deraa əyalətlərində atəşkəsin pozulması halları qeydə alınıb
Digər ölkələr
24 Aprel , 2018 02:39
Dəməşqin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, 14-ü yaralanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bazar günü Dəməşqin cənub məhəllələrinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 2 dinc sakin ölüb, 14 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

O bildirib ki, Suriyada hərbi əməliyyatların dayandırılması barədə atəşkəs rejimi tətbiq olunmasına baxmayaraq, Hələb, Latakiya, Hama, Homs, Dəməşq və Deraa əyalətlərində atəşkəsin pozulması halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi