Dəməşqin Abbasilər meydanı atəşə tutulub, 9 yaralı var

Dəməşqin Abbasilər meydanı atəşə tutulub, 9 yaralı var Suriya komandanlığı iyunun 22-də bu regionda hərbi əməliyyatların bitdiyini elan edib
Digər ölkələr
9 Noyabr , 2017 01:32
Dəməşqin Abbasilər meydanı atəşə tutulub, 9 yaralı var

Bakı. 9 noyabr. REPORT.AZ/ Dəməşqdə yaraqlılar atəşkəs rejimini pozaraq paytaxtın şərq rayonlarını atəşə tutublar.

"Report" xəbər verir ki, bombardımana Abbasilər meydanı məruz qalıb.

İlkin məlumatlara görə, insident nəticəsində 9 nəfər yaralanıb.

Suriya komandanlığı iyunun 22-də bu regionda hərbi əməliyyatların bitdiyini elan edib. Bununla belə, yaraqlılar dəfələrlə atəşkəsi pozub və Suriya paytaxtını atəşə məruz qoyublar.

Son xəbərlər

Orphus sistemi