Dəməşqdə terror aktı törədilib: 70 ölü - YENİLƏNİB

Dəməşqdə terror aktı törədilib: 70 ölü - YENİLƏNİB Əsasən şiyələrin yaşadığı Səid Zeynəb rayonunda 4 partlayış törədilib
Digər ölkələr
21 Fevral , 2016 19:35
Dəməşqdə terror aktı törədilib: 70 ölü - YENİLƏNİB

Bakı. 21 fevral. REPORT.AZ/ Dəməşqin cənubunda törədilən partlayışlar nəticəsində azı 70 nəfər ölüb. "Report"-un məlumatına görə, bu barədə "İnterfax" agentliyi hüquq müdafiəçilərinə istinadən məlumat verir.

Əsasən şiələrin yaşadığı Səid Zeynəb rayonunda törədilən terror aktlarında kamekadzelərin iştirak etdiyi bildirilir.

Terror aktına görə məsuliyyəti terrorçu "İŞİD" qruplaşması öz üzərinə götürüb.

*** 18.37

Bakı. 21 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubunda əsasən şiələrin yaşadığı Səid Zeynəb rayonunda bir neçə partlayış törədilib. "Report"-un məlumatına görə, bu barədə RİA Novosti-yə yerli polisdəki mənbə bildirib.

Terror aktı nəticəsində çox sayıda ölən və xəsarət alanlar var. Onların dəqiq sayı hələlik açıqlanmır.

Son xəbərlər

Orphus sistemi